Bank Of Baku

«Texnikabank» son bir ildə aktivlərini 5% artırıb

«Texnikabank» son bir ildə aktivlərini 5% artırıb
# 18 oktyabr 2010 09:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 472,940 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 5,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 219,202 mln. manat, kredit portfeli 318,294 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 31,629 mln. manat olub.

Bankın məcmu kapitalı 6% artaraq 63,744 mln. manat, o cümlədən nizamnamə kapitalı 29% artaraq 53,685 mln. manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında bankın ümumi gəlirləri 46,416 mln. manat, xərcləri isə 38,208 mln. manat olub. Nəticədə, bankın bu müddət ərzində əldə etdiyi mənfəətin həcmi 8,208 mln. manat təşkil edib.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 35 filialı, 48 bankomatı və 341 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR