Bank Of Baku

Azərbaycan uzaq xarici dövlətlərlə ticarətin həcmini 87% artırıb

Azərbaycan uzaq xarici dövlətlərlə ticarətin həcmini 87% artırıb
# 18 oktyabr 2010 09:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın uzaq xarici ölkələrlə (MDB-dən başqa) ticarət dövriyyəsi üzrə müsbət saldo 11 130,03 mln. ABŞ dolları təşkil edib. Bu, ötən ilin analoji dövrünə nisbətən 91,48% çoxdur.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan uzaq xarici ölkələrlə 17 371,284 mln. dollar həcmində ticarət əməliyyatı aparıb. Ötən ilin ilk 9 ayına nisbətən bu il ticarət əməliyyatlarının ümumi həcmi 87,36% artıb. Ümumilikdə bu ilin ilk 9 ayında ölkənin ümumi xarici ticarət dövriyyəsinin 90,95%-i uzaq xarici ölkələrlə aparılan ticarət əməliyyatlarının payına düşüb.

Bu müddət ərzində ölkədən uzaq xarici ölkələrə ixrac 14 250,657 mln. dollar, idxal 3 120,627 mln. dollar təşkil edib. Keçən ilin ilk 9 ayına nisbətən bu ölkələrə ixracın həcmi 61,68%, idxal isə 3,97% artıb.

Uzaq xarici ölkələrə ixracın əsas hissəsini (98,03%) mineral yanacaq, neft və onların emal məhsulları bitumlu minerallar təşkil edib. İcrac əməliyyatlarının 0,41%-i qara metallar, 0,4%-i qiymətli metallar, 0,26%-i polimer materiallar və onlardan hazırlanan məmulatlar, 0,14%-i şəkər və şəkərdən hazırlanan qənnadı məmulatların payına düşüb.

Bu müddətdə uzaq xarici ölkələrdən Azərbaycana idxalın 22,92%-ni avadanlıqlar və mexaniki qurğular, 9,88%-ni quru nəqliyyat vasitələri, 8,93%-ni elektrik maşınları və avadanlıqlar, onların hissələri, 8,53%-ni qara metallardan hazırlanan məmulatlar, 4,1%-ni isə şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR