«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:
Müddətin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) sabit qalaraq 0,8032 manat təşkil edib. Dolların rəsmi məzənnəsi isə 0,046 enib və 0,8015 manata bərabər olub:
Ötən həftə ərzində müşahidə olunan birja və rəsmi məzənnələr arasında əvvəlki dövrlərlə müqayisədə daha böyük olması diqqət çəkir. Belə ki, birja məzənnəsi rəsmi məzənnəni 0,1-0,2% üstələyir.
Ötən həftə ərzində avronun rəsmi məzənnəsi 0,5% artıb. Ümumilikdə, həftənin son gününə avronun məzənnəsi 1,1252 manat təşkil edib: