Bank Of Baku

Azərbaycanın xarici ticarətində MDB-nin payı 9%-dir

Azərbaycanın xarici ticarətində MDB-nin payı 9%-dir
# 18 oktyabr 2010 11:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsi üzrə mənfi saldo 6,406 mln. ABŞ dolları təşkil edib. Ötən ilin analoji dövrünə nisbətən MDB ölkələri ilə ticarətdə mənfi saldonun həcmi 30,4 dəfə azalıb.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan MDB ölkələrilə 2 840,88 mln. dollar həcmində ticarət əməliyyatı aparıb. Ötən ilin ilk 9 ayına nisbətən bu il MDB ölkələrilə ticarət əməliyyatlarının ümumi həcmi 11,82% artıb. Ümumilikdə, bu ilin ilk 9 ayında ölkənin ümumi xarici ticarət dövriyyəsinin yalnız 9,05%-i MDB ölkələrilə aparılan əməliyyatların payına düşüb.

Bu müddət ərzində ölkədən MDB dövlətlərinə ixrac 1 417,237 mln. dollar, idxal 1 423,643 mln. dollar təşkil edib. Keçən ilin ilk 9 ayına nisbətən MDB ölkələrinə ixracın həcmi 20,84%, idxal isə 4,08% artıb.

İlk 9 ayda MDB ölkələrinə ixracın əsas hissəsini (57,07%) mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar, gəmilər, qayıqlar və digər üzən vasitələr (12,34%), heyvan və ya bitki mənşəli piylər və yağlar (9,27%), şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (5,93%), tərəvəz (2,58%) təşkil edir.

Bu müddətdə MDB ölkələrindən Azərbaycana idxalın 14,08%-i dənli bitkilər, 10,59%-i qara metallardan məmulatlar, 10,48%-i avadanlıqlar və mexaniki qurğular, 9,69%-i quru nəqliyyat vasitələri, 7,26%-i isə qara metalların payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR