Bank Of Baku

Son bir ildə «Expressbank»ın əsas maliyyə göstəriciləri kəskin artıb

Son bir ildə «Expressbank»ın əsas maliyyə göstəriciləri kəskin artıb
# 18 oktyabr 2010 12:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 202,352 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,1 dəfə çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 5 dəfə artaraq 154,920 mln. manat, o cümlədən əhalinin əmanətləri təxminən 2 dəfə genişlənərək 12,180 mln. manat olub. Bankın kredit portfeli 2,2 dəfə artaraq 39,542 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 66,2% artaraq 12,330 mln. manat təşkil edib.

Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 2,6 dəfə artaraq 45,556 mln. manata, o cümlədən nizamnamə kapitalı 2,7 dəfə artaraq 41 mln. manata çatıb.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 2,2 dəfə artaraq 11,477 mln. manat, xərcləri isə 2,3 dəfə artaraq 7,547 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 94% artaraq 3,930 mln. manat təşkil edib.

Həmçinin, bu dövr ərzində bank əlavə 2 filial açıb, 25 bankomat və 7 POS-terminal quraşdırıb. Bununla yanaşı, bankın müştərilərinin sayı 2 dəfə artaraq 30 790-a, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə artaraq 30 470-ə, hüquqi şəxslərin sayı isə 5 dəfə artaraq 320-yə çatıb. Bu müddət ərzində bankın işçilərinin sayı 42,1% artaraq 179 nəfər olub.

Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 10 filialı, 28 bankomatı və 8 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR