Bank Of Baku

Azərbaycanda ipoteka kreditlərini daha çox 18-29 yaşı olanlar alıb

Azərbaycanda ipoteka kreditlərini daha çox 18-29 yaşı olanlar alıb
# 18 oktyabr 2010 14:33 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu il oktyabr ayının 1-i vəziyyətinə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 24,9 manata çatıb. Bu barədə «APA-Economics»ə Azərbaycan İpoteka Fondundan (AİF) məlumat verilib. Müqayisə üçün bildirək ki, sentyabrın əvvəlinə bu rəqəm 24,2 manat, 2010-cu ilin əvvəlində isə 17,4 manat olub.

Fondun məlumatına görə, cari ilin ilk 9 ayında ölkə bankları tərəfindən əhaliyə AİF-in xəttilə ümumilikdə 73,5 mln. manat ipoteka krediti verilib. Bununla ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək verilən ipoteka kreditlərinin həcmi 225,7 mln. manata çatıb. İpoteka Fondu indiyədək bu kreditlərin 151,4 mln. manatını və ya 67,1%-i təkrar maliyyələşdirib.

AİF-in məlumatına görə, oktyabrın 1-ə ipoteka krediti alanların 41%-i 18-29 yaşında, 31%-i 30-35 yaşında, 28%-i isə 36 yaşdan yuxarı olanlardır.

Qeyd edək ki, AİF-in fəaliyyəti üçün maliyyə vəsaitləri dövlət büdcəsindən ayrılır (güzəştli (sosial) ipoteka üçün) və fondun istiqrazlarının buraxılması yolu ilə əldə edilir. Bu il ipoteka məqsədləri ilə dövlət büdcəsindən 14 mln. manat ayrılması və 75 mln. manatlıq istiqrazların buraxılması nəzərdə tutulub. İstiqrazların yerləşdirilməsinə cari ilin fevralın 1-də başlanılıb və bugünə kimi 59 mln. manat həcmində istiqraz yerləşdirilib.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının ikinci hissəsinin emissiya prospekti 2009-cu ilin dekabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə 3,25% təşkil edir.

Azərbaycanın 2011-ci il dövlət büdcəsinin layihəsində də güzəştli ipoteka məqsədləri üçün 14 mln. manatın ayrılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR