Bank Of Baku

«Alfa Sığorta» şirkəti iki yeni regional nümayəndəlik açacaq

«Alfa Sığorta» şirkəti iki yeni regional nümayəndəlik açacaq
# 19 oktyabr 2010 07:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin oktyabr ayının sonuna kimi «Alfa Sığorta» şirkətinin Lənkəran və Şəki nümayəndəlikləri fəaliyyətə başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin Direktorlar Şurasının sədri Xəyal Məmmədxanlı bildirib.

X.Məmmədxanlının sözlərinə görə, nümayəndəliklərdə müştərilərə şirkətin bütün məhsul və xidmət çeşidləri təqdim ediləcək: «Bu nümayəndəliklər sığorta məhsullarımızı təqdim etməklə yanaşı bütün bölgə əhalisinin sığorta məsləhətçisinə çevriləcək».

Qeyd edək ki, hazırda şirkətin ölkə üzrə 3 nümayəndəliyi (Gəncə, Şirvan və Xaçmaz) fəaliyyət göstərir.

Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir və sığortanın 25 növü üzrə müştərilərə xidmətlər təklif edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR