Bank Of Baku

«Kapital Bank»ın mənfəəti kəskin azalıb

«Kapital Bank»ın mənfəəti kəskin azalıb
# 19 oktyabr 2010 08:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 660,799 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan analoji göstəricidən 47% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfelinin həcmi 15% artaraq 259,182 mln. manata, o cümlədən əhalinin əmanətləri 9,3% artaraq 186,797 mln. manat, kredit portfeli 90% artaraq 423,026 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 19% artaraq 76,102 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 5,2% artaraq 64,115 mln. manat, o cümlədən nizamnamə kapitalı 25% artaraq 30 mln. manat olub.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 51,433 mln. manat olub və bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12% çoxdur. Bununla yanaşı, xərclər 27% artaraq 48,258 mln. manat olub. Nəticədə, son bir ildə bankın mənfəəti 60% azalaraq 3,175 mln. manat olub. Bu müddət ərzində bankın işçilərinin sayı 5,1% azalaraq 2 347 nəfər, orta aylıq əmək haqqı isə 13% artaraq 558 manat təşkil edib.

Xatırladaq ki, «Kapital Bank» ASC 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 88 filialı, 375 bankomatı, 417 POS-terminalı və 1 893 319 aktiv plastik kartı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR