Bank Of Baku

«Bank Avrasiya»nın aktivləri son bir ildə 53% azalıb

«Bank Avrasiya»nın aktivləri son bir ildə 53% azalıb
# 19 oktyabr 2010 11:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 55,190 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 53% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,6 dəfə artaraq 27,766 mln. manat, kredit portfeli 2,1% azalaraq 17,543 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 48% azalaraq 2,066 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 3,1% azalaraq 20,257 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 27% azalaraq 2,978 mln. manat, xərcləri isə 0,7% artaraq 3,241 mln. manat olub. Nəticədə, cari ilin yanvar-sentyabr aylarını bank 263,63 min manat zərərlə başa vurub. Ötən ilin 9 ayında isə bankın mənfəəti 839 min manat olub.

Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Hazırda bankın 1 filialı, 4 bankomatı, 22 POS-terminalı, 44 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR