Bank Of Baku

“RoyalBank” yeni güzəşt kampaniyasına başlayır

“RoyalBank” yeni güzəşt kampaniyasına başlayır
# 19 oktyabr 2010 12:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «RoyalBank» ASC bu gündən etibarən «MasterCard»la birlikdə «Tariflərə Zərbə» adlı yeni kampaniyaya başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın İdarə Heyətinin bu gün keçirilən iclasında «MasterCard» və «Maestro» ödəniş kartları üzrə bütün tariflərin Qurban bayramına qədər ləğv edilməsi haqqında qərar qəbul edilib.

Bu gündən etibarən istənilən «MasterCard» və «Maestro» ödəniş kartları bank tərəfindən müştərilərə pulsuz təklif ediləcək. Eyni zamanda bütün yeni kart sahibləri Parisdə (Fransa) inanılmaz endirimlər əldə edəcəklər. Bu endirimlər Fransada fəaliyyət göstərən tanınmış restoran, mağaza və mehmanxanalara aiddir.

«Tariflərə Zərbə» kampaniyası çərçivəsində hər yeni kart sifariş edən şəxs unikal dizayna malik «Səyahət» və ya «Hədiyyə» kartla mükafatlandırılacaq. Kampaniya yalnız Azərbaycan vətəndaşlarına şamil edilir.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «RoyalBank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 31 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR