Bank Of Baku

«Amrahbank»ın aktivləri son bir ildə 34% artıb

«Amrahbank»ın aktivləri son bir ildə 34% artıb
# 19 oktyabr 2010 13:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 84,531 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan analoji göstəricidən 34% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 20% genişlənərək 42,945 mln. manata, o cümlədən əhalinin əmanətləri 25% artaraq 29,005 mln. manata, həmçinin kredit portfeli 34% artaraq 48,991 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 68% artaraq 36,693 mln. manata çatıb.

Eyni zamanda, bankın məcmu kapitalı 8,7% artaraq 22,130 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,2% artaraq 14,387 mln. manat olub.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 15% artaraq 10,456 mln. manat, xərcləri isə 15,1% artaraq 8,685 mln. manat olub. Nəticədə, bankın mənfəəti 14,9% artaraq 1,771 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın müştərilərinin sayı 14,7% artaraq 36 750-yə, o cümlədən fiziki şəxslərin sayı 18% artaraq 33 200-ə, hüquqi şəxslərin sayı isə 9,2% azalaraq 3 550-yə çatıb. Həmçinin, bankın işçilərinin sayı 5,9% azalaraq 319 nəfər, orta aylıq əmək haqqı isə 12,6% artaraq 648 manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın 23 filialı, 22 bankomatı, 54 POS-terminalı və 3 450 aktiv plastik kartı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR