Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının sədri ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının sədri ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini ilə görüşüb
# 19 oktyabr 2010 14:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Stüart Levinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı Azərbaycanla ABŞ arasında çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib.

Görüşdə E.Rüstəmov Azərbaycanın ABŞ-la ikitərəfli münasibətlərinin intensiv inkişaf edən istiqamətlərindən birinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə olduğunu qeyd edib. «Azərbaycan 2002-ci ildən bu təşəbbüslərə qoşulub və bu əməkdaşlığın real nəticələrini görürük. Əminik ki, sizin gəlişisiniz bu münasibətlərin inkişafına müsbət təsir göstərəcək», - deyə E.Rüstəmov bildirib.

S.Levi isə öz növbəsində son illər çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlıq nəticəsində yaranmış əlaqələri müsbət qiymətləndirib.

Görüşdə həmçinin AMB ilə ABŞ Maliyyə Nazirliyi arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR