Bank Of Baku

Bu gün Ümumdünya Statistika Günüdür

Bu gün Ümumdünya Statistika Günüdür
# 20 oktyabr 2010 07:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. BMT Baş Assambleyasının qətnaməsi ilə bu ilin oktyabr ayının 20-si Ümumdünya Statistika Günü elan edilib və onun «Rəsmi statistikanın bir çox nailiyyətlərinin bayram edilməsi» mövzusu üzrə keçirilməsi qərara alınıb.

Azərbaycan Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, BMT-nin baş katibi Pan Gi Mun dünyanın bütün dövlət başçılarına bu haqda müraciət edərək xahiş edib ki, Ümumdünya Statistika Gününün yüksək səviyyədə qeyd olunmasına kömək göstərsinlər.

Son məlumata görə, 100-dən çöx ölkədə, həmçinin BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Ümumdünya Statistika Günü təntənəli şəkildə qeyd ediləcək. «Azərbaycan statistikləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, 2010-cu ildə Azərbaycanda statistikanın təşkilindən 164 il keçir və rəsmi statistikanın 90 yaşı tamam olur. Belə ki, 1920-ci il avqust ayının 19-da Azərbaycan İnqilab Komitəsi tərəfindən dövlət statistikası haqqında ilk əsasnamə təsdiq olunub», - deyə Dövlət Komitəsindən bildirilib.

Hazırda Dövlət Statistika Komitəsi 50-dən çox beynəlxalq təşkilat və ölkənin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR