Bank Of Baku

«Alfa Sığorta» son bir ildə daxilolmalarını 2 dəfə artırıb

«Alfa Sığorta» son bir ildə daxilolmalarını 2 dəfə artırıb
# 20 oktyabr 2010 09:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Alfa Sığorta» şirkətinin 2010-cu ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 1,670 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,2 dəfə çoxdur.

Şirkətin Müşahidə Şurasının sədri Xəyal Məmmədxanlının «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 6% azalaraq 168,308 min manat olub.

Bu müddət ərzində könüllü sığorta növləri üzrə daxilolmaların həcmi 1,623 mln. manat, icbari sığorta növləri üzrə isə 47,338 min manat təşkil edib.

Daxilolmaların strukturunda 813,661 min manat «Avtonəqliyyat vasitələrinin sığortası», 609,443 min manat «Fərdi qəza və xəstəlik sığortası», 42,807 min manat isə «Yanğından icbari sığorta» növlərinin payına düşüb. Bu növlərin məcmu daxilolmalarda payı müvafiq olaraq 48,7%, 36,5% və 2,6% təşkil edib.

Sığorta ödənişlərində isə ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (94,129 min manat və ya 55,93%), «Heyvanların sığortası» (37,596 min manat və ya 22,34%) və «Fərdi qəza və xəstəlik sığortası» (28,095 min manat və ya 17%) növləri üzrə ödənilib.

X.Məmmədxanlı qeyd edib ki, bu ilin yanvar-sentyabr aylarında şirkətin balans mənfəəti 0,7 mln. manatdan çox olub.

Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR