Bank Of Baku

Dünya Bankı: ABŞ-ın monetar siyasəti Asiya bazarlarının inkişafına təhlükə törədir

Dünya Bankı: ABŞ-ın monetar siyasəti Asiya bazarlarının inkişafına təhlükə törədir
# 20 oktyabr 2010 10:07 (UTC +04:00)
Bakı - APA-Economics. Asiya bazarlarına irimiqyaslı kapital axını regionun gələcək inkişafını təhlükə altında qoyur.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu xəbərdarlıqla Dünya Bankı (DB) çıxış edib.

DB analitiklərinin fikrincə, Asiyaya kapital axınının artmasının səbəbi ABŞ-ın cari monetar siyasətinin yumşaldılmasıdır: “Bu isə investorların yüksək gəlirli inkişaf edən bazarlara üz tutmasına, onların milli valyutalarının məzənnəsinin möhkəmlənməsinə, nəticədə inflyasiyanın artmasına və yeni “dəliklər”in meydana çıxmasına gətirir”.

DB-nin Asiya-Sakit okean regionu üzrə aparıcı əməkdaşı Vikram Nehru qanunvericilərə 1997-1998-ci illərdə baş vermiş Asiya maliyyə böhranının dərslərini xatırladıb: “Həmin vaxt Asiya bazarlarına kapital axını daşınmaz əmlakın qiymətinin kəskin artmasına səbəb olmuşdu. Kapitalın istiqamətinin dəyişməsindən sonra bu qiymətlər dərin böhran yaradaraq kəskin aşağı düşdü. Şərqi Asiya hökumətləri keçmiş səhvlərin təkrarlanmaması üçün indidən tədbirlər görməlidirlər”.

Qeyd edək ki, artıq Tailand hökuməti kapital axını ilə mübarizə çərçivəsində əcnəbilər tərəfindən dövlət istiqrazlarının alınmasına vergi tətbiq edib, Braziliya isə bu vergini 4%-dən 6%-ə qaldırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR