Bank Of Baku

Azərbaycanda illik inflyasiya 5,2%-ə çatıb

Azərbaycanda illik inflyasiya 5,2%-ə çatıb
# 21 oktyabr 2010 12:24 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sentyabr ayında ərzaq məhsullarının qiymətləri 1,9%, qeyri-ərzaq mallarının qiymətləri 0,5% bahalaşıb, xidmət tarifləri isə 0,9% ucuzlaşıb.

Yanvar-sentyabr ayları ərzində ölkədə ərzaq məhsulları ötən ilin eyni dövrünə nisbətən 5,7%, qeyri-ərzaq məhsulları 2%, xidmət tarifləri isə 5,8% bahalaşıb.

Qeyd edək ki, Asiya İnkişaf Bankının proqnozlarına əsasən, bu il Azərbaycanda inflyasiyanın 5%, 2011-ci ildə isə 4% təşkil edəcəyi gözlənilir. Beynəlxalq Valyuta Fondu isə 2010-cu ildə Azərbaycanda inflyasiyanın 5,5%, 2011-ci ildə isə 6% səviyyəsində olacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR