Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il üçün büdcəsi təsdiqlənib

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il üçün büdcəsi təsdiqlənib
# 22 oktyabr 2010 10:06 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, fondun büdcəsi haqqında məlumat verən DSMF sədri Səlim Müslümov rəhbərlik etdiyi qurumun dəyişiklik olmadığını bildirib.

Onun sözlərinə görə, DSMF-nin sanatoriya və kurort xərcləri 700 min manat artırılaraq 13 mln. 790 min manata çatdırılıb: “Artırılan 700 min manat pensiyaların sığorta hissəsi üçün nəzərdə tutulan vəsaitin azaldılması hesabına əldə olunub”.

Parlament DSMF-nin büdcəsi ilə yanaşı, “2011-ci il üçün yaşayış minimumu haqqında”, “Ehtiyac meyarı haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının xərclər smetalarını təsdiqləyib.

Qeyd edək ki, DSMF-nin 2011-ci il büdcəsi haqqında qanun gəlir və xərcləri balanslaşdırılmış büdcəni nəzərdə tutur. Burada gəlir və xərclərin 1 970,540 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 12,1% və ya 213,3 mln. manat çoxdur. Əhaliyə ödənişlər bütün xərclərin 97,3%-i qədər, yəni 1 917,7 mln. manat təşkil edəcək. Əhaliyə ödənişlərin mütləq həcmi cari illə müqayisədə 229,4 mln. manat və ya 13,6% artacaq. Həm də bu ödənişlərin bütün xərclərdəki xüsusi çəkisi 1,2 faiz bəndi yüksələcək ki, bu da əhaliyə ödənişlərin həcminin artım sürətini, büdcənin bütün xərclərinin artım sürətini üstələməsinin nəticəsidir. Büdcədə əhaliyə ödənişlərin 1 853 mln. manatını və ya 96,6%-ni pensiya xərcləri, 64,6 mln. manatını və ya 3,4%-ni isə müavinət xərcləri təşkil edir. Pensiya xərcləri cari illə müqayisədə 13,4% və ya 190,6 mln. manat çox proqnozlaşdırılır. Müavinət xərcləri isə 10,2 mln. manat və ya 18,7% artacaq. Pensiya xərclərinin 71%-ni pensiyaların baza hissəsi, 29%-ni sığorta hissəsinin ödənişi üzrə xərclər təşkil edəcək. Pensiyaların baza hissəsi üzrə xərclər cari ilə nisbətən 178 mln. manat, sığorta hissəsi üzrə xərclər isə 41 mln. manat artacaq. Baza hissəsinin artımının sığorta hissəsinin artımını üstələməsi ümumi pensiya xərclərində baza hissəsinin xüsusi çəkisinin 1,3 faiz bəndi artmasına səbəb olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR