Bank Of Baku

«Access Bank»ın mənfəəti bu il 45% artıb

«Access Bank»ın mənfəəti bu il 45% artıb
# 22 oktyabr 2010 12:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 376,060 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan göstəricidən 39% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,1 dəfə genişlənərək 86,803 mln. manata, o cümlədən əhalinin əmanətləri 96% artaraq 77,572 mln. manata çatıb. Bankın kredit portfeli 30% artaraq 284,612 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 35,4% artaraq 21,504 mln. manat təşkil edib. Bu müddət ərzində bankın məcmu kapitalı 37% artaraq 77,517 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,1 dəfə artaraq 41,8 mln. manat olub.

Qeyd edək ki, son bir ildə bankın məcmu gəlirləri 66,340 mln. manat, xərcləri isə 45,792 mln. manat təşkil edib. Nəticədə, bankın bu ilin yanvar-sentyabr aylarında əldə etdiyi mənfəətin həcmi 45% artaraq 20,548 mln. manata çatıb.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 28 filialı, 29 bankomatı və 51 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR