Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: Manatın sabitliyi təmin ediləcək

Azərbaycan Mərkəzi Bankı: Manatın sabitliyi təmin ediləcək
# 13 noyabr 2010 13:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan iqtisadiyyatında 2010-cu ilin 9 ayı ərzində iqtisadi inkişaf dinamikasının qorunub saxlanması və mövcud makroiqtisadi mühitdə Azərbaycan Mərkəzi Bankı pul siyasəti qarşısında qoyulan vəzifələrə nail ola bilib.

APA-Economics”in xəbərinə görə, bu barədə Mərkəzi Bankın 2010-cu ilin yanvar-sentyabr üzrə Pul siyasəti icmalında deyilir.

İcmala əsasən, pul siyasətinin əsas hədəfi olan inflyasiya hesabat dövründə tək rəqəmli səviyyədə olub və əsasən xarici bazarlardakı proseslərdən, ticarət partnyoru olan ölkələrdə inflyasiyadan və mövsümi faktorlardan təsirlənib. Dövr ərzində Mərkəzi Bank yumşaq pul siyasətini davam etdirib, bu şəraitdə pul təklifi iqtisadi artıma adekvat templə artıb.

Tədiyyə balansının profisiti şəraitində manatın ABŞ dollarına qarşı məzənnəsi sabit qalıb, Mərkəzi Bank valyuta bazarında sterilizasiya əməliyyatları həyata keçirərək həm valyuta bazarının tarazlığını qoruyub, həm də özünün valyuta ehtiyatlarını daha da artırıb. AMB cari ilin sonuna tədiyyə balansında iri həcmli profisitin qalacağı proqnozlaşdırılır.

İcmalda göstərilir ki, Mərkəzi Bank cari ilin qalan dövründə də ölkənin dayanıqlı iqtisadi inkişaf prioritetlərinə söykənərək manatın məzənnəsinin sabitliyinin və aşağı inflyasiyanın təmin edilməsi, maliyyə sektorunun stabilliyinin və dayanıqlığının qorunması, habelə iqtisadi artım və məşğulluğun dəstəklənməsi istiqamətində öz fəaliyyətini davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR