Bank Of Baku

ABŞ-da bağlanan bankların sayı 146-ya çatıb

ABŞ-da bağlanan bankların sayı 146-ya çatıb
# 15 noyabr 2010 10:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev-APA-Economics. ABŞ-ın maliyyə nəzarət orqanları noyabrın 12-də daha 3 bankın fəaliyyətini dayandırıblar. Bununla da ölkədə bağlanan bankların sayı 146-ya çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 bank, bütün 2009-cu ilin göstəricisindən isə 6 bank çoxdur. “APA-Economics”in məlumatına görə, noyabrın 12-də Corciya ştatındakı “Darby Bank&Trust Co.” və “Tifton Banking Co.” bankları və Arizona ştatındakı “Copper Star Bank” Əmanətlərin Sığortalanması üzrə Federal Korporasiyasının idarə etməsinə verilib. Bu bankların aktivləri müvafiq olaraq 654,7 mln. dollar, 143,7 mln. dollar və 204 mln. dollar təşkil edir.
Xatırladaq ki, 2008-ci ildə ABŞ-da bağlanan bankların sayı 25, 2007-ci ildə isə 3 bank təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR