Bank Of Baku

Yanvar-oktyabr aylarında Azərbaycanda iqtisadi artım 4,1% olub

Yanvar-oktyabr aylarında Azərbaycanda iqtisadi artım 4,1% olub
# 18 noyabr 2010 06:58 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ÜDM-nin 21,4 mlrd. manatı və ya 66%-i məhsul istehsalı sahələrində, 8,8 mlrd. manatı, yaxud 26,9%-i xidmət sahələrində yaradılıb, 2,3 mlrd. manatı (7,1%-i) isə məhsula və idxala xalis vergilərin payına düşüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM istehsalı məhsul istehsalı sahələrində 3,5%, xidmət sahələrində isə 6% artıb.
Hesabat dövründə adambaşına 3 642,1 manatlıq (4 534 ABŞ dolları), yaxud 2009-cu ilin müvafiq dövrünə nisbətən 2,9% çox ÜDM istehsal olunub.
Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 5,4%, neft sektorunda isə 2,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR