Bank Of Baku

Fransa 100 min avroluq yeni sikkə buraxıb

Fransa 100 min avroluq yeni sikkə buraxıb
# 18 noyabr 2010 11:53 (UTC +04:00)
Bakı - APA-Economics. Paris Sikkə Sarayı 100 min avroluq yeni sikkə buraxıb. “APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, sikkə üzərində Hindistanın Tac-Mahal mavzoleyi əks olunub.

Hazırda Fransanın ən bahalı sikkəsi olan bu nominalın çəkisi 1 kq-dır. Tac-Mahalın təsviri isə 68 brilyantla bəzədilib. Bu təsvir UNESCO ilə birlikdə işlənilib. Sikkənin dizaynını “Cartier” zərgərlik firması hazırlayıb.

Qeyd edək ki, ötən il Fransa 50 min avroluq sikkə buraxıb. Həmin sikkə üzərində Moskva Kremli təsvir olunub. Paris Sikkə Sarayı indiyədək 20 belə layihə həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR