Bank Of Baku

«Expressbank» əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Expressbank» əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 18 noyabr 2010 13:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 19-dan etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış «Expressbank» ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 208 manat, sayı 48 077 ədəd, emissiyanın ümumi həcmi isə 10 000 016 manat təşkil edir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə bankın nizamnamə kapitalı 24,4% artaraq 51 000 252 mln. manata çatacaq. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Unicapital» ASC çıxış edir.

Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə faliyyət göstərib. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur.

Bu ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 202,352 mln. manat, depozit portfeli 154,920 mln. manat, kredit portfeli 2 39,542 mln. manat, məcmu kapitalı 45,556 mln. manat, o cümlədən nizamnamə kapitalı 41,0 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR