Bank Of Baku

Son bir ildə «United Credit Bank»ın müddətli depozitləri 30% artıb

Son bir ildə «United Credit Bank»ın müddətli depozitləri 30% artıb
# 18 noyabr 2010 13:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu il noyabr ayının 1-nə 40,733 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin noyabrın 1-nə olan göstərici ilə müqayisədə 10,2% çoxdur.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfeli 8,2% artaraq 31,795 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 13,2% artaraq 14,050 mln. manata çatıb. Bu müddət ərzində bankın depozit portfeli 15% genişlənərək 13,416 mln. manat, o cümlədən müddətli depozitlər 29% artaraq 10,746 mln. manat, tələb olunanadək depozitlərin həcmi isə 2,670 mln. manat olub.

Müddətli depozitlərin strukturunda fiziki şəxslərin əmanətləri 9,5% artaraq 7,328 mln. manat, hüquqi şəxslərin depozitləri isə 2,1 dəfə artaraq 3,418 mln. manat təşkil edib.

Eyni zamanda, tələb olunanadək depozitlərdə hüquqi şəxslərin depozitləri 1,310 mln. manat, fiziki şəxslərin depozitləri isə 1,278 mln. manat olub.

Bununla yanaşı, hesabat dövrünün sonuna bankın məcmu kapitalı 2,2% azalaraq 12,628 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 12,108 mln. manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında bankın gəlirləri 8,1% artaraq 4,712 mln. manat, xərcləri isə 16,2% artaraq 5,789 mln. manat olub. Ümumi gəlirlərin 4,711 mln. manatı faiz gəlirləri, 476,39 min manatı isə qeyri-faiz gəlirlərinin payına düşüb.

Xərclərin strukturunda isə faiz xərcləri 2,030 mln. manat, qeyri-faiz xərcləri isə 3,759 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın 5 filialı, 5 bankomatı, 39 POS-terminalı və 117 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR