Bank Of Baku

Azərbaycan bəzi islahat göstəriciləri üzrə əksər EBRD ölkələrindən geridədir

Azərbaycan bəzi islahat göstəriciləri üzrə əksər EBRD ölkələrindən geridədir
# 18 noyabr 2010 13:45 (UTC +04:00)
«APA-Economics» xəbər verdiyi kimi, EBRD-nin «Keçid islahatları-2010» hesabatına əsasən, iri obyektlərin özəlləşdirilməsi sahəsində Azərbaycanın əldə etdiyi nəticələr «2» səviyyəsində qiymətləndirilib ki, bu da Bankın əhatə etdiyi region üzrə maksimal göstəricidən 2 dəfə aşağıdır.

Bundan başqa, sahibkarlıq sahəsində islahatlar üzrə maksimal göstərici «3,7» olduğu halda Azərbaycan «2» ilə qiymətləndirilib. Rəqabətlilik siyasəti üzrə Azərbaycanın səviyyəsi «2» kimi qiymətləndirilir, halbuki maksimal hədd «3,6» təşkil edir. Oxşar vəziyyət bank islahatları sahəsində müşahidə olunur ki, burada maksimal səviyyə «4» olduğu halda, Azərbaycanın qiyməti «2,4» təşkil edir. Ən aşağı göstərici isə «Qiymətli kağızlar bazarı və qeyri-bank institutları» sahəsində müşahidə olunur. Belə ki, bu göstərici üzrə maksimal qiymət «4», Azərbaycanın qiyməti isə «1,7»-ə bərabərdir.

Ən uğurlu nəticələri isə Azərbaycan kiçik özəlləşdirmə, qiymət sərbəstliyi və ticarət sistemində islahatlar sektorunda qazanıb. Belə ki, hesabata əsasən, həmin sahələrdə Azərbaycanın göstəriciləri müvafiq olaraq «3,7» (maksimal «4,4»), «4» («4,3») və «4» («4,3») təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR