Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu son bir ildə 2 dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu son bir ildə 2 dəfə artıb
# 18 noyabr 2010 14:30 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmtəə dövriyyəsinin 77,5%-ni və ya 15,7 mlrd. dollarını ölkədən ixrac olunmuş mallar, 22,5%-ni və ya 4,5 mlrd. dollarını isə idxal məhsulları təşkil edib. Nəticədə, ticarət dövriyyəsində 11,2 mlrd. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə, ticarət dövriyyəsinin həcmi 40,3%, o cümlədən ixrac 57%, idxal 2,3%, müsbət saldo isə 2 dəfə artıb.

Hesabat dövründə əmtəə mübadiləsinin 85,9%-i uzaq xarici ölkələrlə, 14,1%-i isə MDB üzvü dövlətləri ilə aparılıb. İlin əvvəlindən ötən vaxt ərzində Azərbaycana idxal olunmuş əmtəənin 68,7%-i, yaxud 3,1 mlrd. dolları uzaq xarici dövlətlərdən, 31,3%-i (1,4 mlrd. dolları) MDB ölkələrindən daxil olub.

Azərbaycandan ixrac olunmuş malların 91%-i, yaxud 14,3 mlrd. dolları uzaq xarici dövlətlərə, 9%-i (1,4 mlrd. dolları) isə MDB ölkələrinə göndərilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana 22,6 mln. dollar məbləğində humanitar və texniki yardım daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR