Bank Of Baku

Azərbaycandakı sığorta şirkətləri ipoteka krediti alan hərbçilərə ödəniş etməkdən imtina edir

Azərbaycandakı sığorta şirkətləri ipoteka krediti alan hərbçilərə ödəniş etməkdən imtina edir
# 18 noyabr 2010 14:37 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın Müşahidə Şurasının sədri Azər Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, iclasda bəzi sığorta şirkətləri tərəfindən hərbçilərə ipoteka kreditinə görə «Həyat sığortası» növü üzrə ödənişdən imtina etməsi məsələsi müzakirə edilib: «Ümumiyyətlə, beynəlxalq təcrübədə ipoteka kreditinə görə sığorta şirkəti tərəfindən ödəniş həyata keçirilmir. Çünki hərbçinin istənilən an həlak olması riski daha böyükdür, buna görə də şirkətlər bu riskləri qəbul edə bilmir».

A.Əliyev bildirib ki, məsələnin həlli üçün ASA tərəfindən işçi qrupu yaradılacaq və qrup bu ödənişlərin verilib-verilməməsi ilə bağlı konkret təkliflər hazırlayacaq: «Biz bu məsələ ilə bağlı tez bir zamanda qərar verə bilmərik, yekun nəticələr ASA-nın işçi qrupundan asılı olacaq və bu müzakirələr ASA-nın yaxın günlərdə keçiriləcək növbəti iclasında müzakirə ediləcək».

A.Əliyev daha sonra ASA-ya sığorta şirkətləri tərəfindən ödənilən üzvlük haqqı məsələsinə də toxunub. Sədr bildirib ki, 2010-cu il üçün üzvlük haqqı 25% artırılaq yenidən 5 min manata çatdırılıb: «Maliyyə böhranı ilə bağlı şirkətlər üçün üzvlük haqqı 1000 manat azaldılaraq 4 min manata salınmışdı. Lakin ilin əvvəlində maliyyə bazarında müşahidə olunan inkişafı nəzərə alaraq üzvlük haqqı yenidən 5 min manata çatdırılıb. Düşünürük ki, 2011-ci il üçün də üzvlük haqqı 5 min manat məbləğində müəyyənləşdiriləcək».

A.Əliyev üzvlük haqqının yalnız sığorta şirkətlərinin 90%-i tərəfindən ödənildiyini bildirib: «Digər şirkətlərin də üzvlük haqqını tam ödəməsi istiqamətində iş aparılır».

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında yaradılıb və hazırda quruma 27 sığorta şirkəti üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR