Bank Of Baku

Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin yeni direktoru Bakıya gəlib

Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin yeni direktoru Bakıya gəlib
# 18 noyabr 2010 16:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyinə yeni təyin olunmuş direktor Bakıya gəlib.

AİB-in Bakıda ofisindən «APA-Economics»ə verilən məlumata görə, AİB-in Direktorlar Şurasının qərarı ilə bankın Azərbaycandakı nümayəndəliyinə təyin olunmuş direktor, İndoneziya vətəndaşı olan Olli Norocono (Olly Norojono) bu gün Bakıya gəlib. Səfər tanışlıq xarakteri daşıyır, öz vəzifəsinin icrasına isə O.Norocono gələn ilin yanvar ayından etibarən başlayacağı gözlənilir.

O.Norocono əvvəllər AİB-in Mərkəzi və Qərbi Asiya Departamentində nəqliyyat üzrə baş iqtisadçı vəzifəsində çalışıb.

İki il vakant qalan bu vəzifəni müvəqqəti olaraq Fərəc Hüseynbəyov icra edib. Bundan sonra F.Hüseynbəyov AİB-in Azərbaycandakı nümayəndəliyində əvvəllər işlədiyi layihələrin icrası üzrə mütəxəssis vəzifəsində çalışacaq.

Qeyd edək ki, 2004-2006-cı illər ərzində AİB-in Azərbaycan nümayəndəliyinin direktor vəzifəsində Metyu Vestfal (Matthew Westfall) çalışıb, 2006-2007-ci illər ərzində isə Filip Çanq (Philip Chang) nümayəndəliyin icraçı direktoru vəzifəsində işləyib. M.Vestfall daha sonra AİB-in Manilada (Filippin) yerləşən baş ofisində Şəhərlərin İnkişafı Departamentinin direktoru vəzifəsinə, F.Çanq isə AİB-in Əməliyyatların planlaşması və koordinasiyası şöbəsinə planlaşma və strategiya üzrə baş iqtisadçı vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. 2010-cu ilin əvvəlinə Azərbaycanda həyata keçirilən 14 layihə üzrə bankın kredit portfeli 660,4 mln. ABŞ dolları təşkil edir. Bundan başqa, əməkdaşlıq dövründə AİB Azərbaycan hökumətinə və yerli şirkətlərə 13,122 mln. dollar məbləğində qrant ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR