Bank Of Baku

İrlandiya hökuməti xarici iqtisadi yardıma ehtiyacı olduğunu bəyan edib

İrlandiya hökuməti xarici iqtisadi yardıma ehtiyacı olduğunu bəyan edib
# 19 noyabr 2010 08:05 (UTC +04:00)
Bakı - APA-Economics. İrlandiyanın maliyyə naziri Brayan Lenian maliyyə çətinliklərini həll etmək üçün ölkəsinin xarici iqtisadi yardıma ehtiyacı olduğunu bəyan edib.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, hələlik hansısa rəqəm müzakirə olunmayıb.

Hazırda Avropa İttifaqının və Beynəlxalq Valyuta Fondunun nümayəndələri Dublindədir. Onlar İrlandiyanın artıq bir neçə gündür qiymətli kağızlar bazarını silkələyən xarici borcunu müzakirə etmək niyyətindədirlər.

Qeyd edək ki, bir neçə gün əvvəl İrlandiya Mərkəzi Bankının icraçı direktoru bildirib ki, hökumət on milyardlarla dollarla ölçülən kredit götürəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR