Bank Of Baku

Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayə son bir ildə 48% artıb

Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayə son bir ildə 48% artıb
# 19 noyabr 2010 08:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk doqquz ayı ərzində Azərbaycan iqtisadiyyatına 5 364,5 mln. ABŞ dolları həcmində xarici investisiya yönəldilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 48% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sərmayələrin 42%-i (2 250,8 mln. dollar) iqtisadiyyata birbaşa investisiyalar, 42,6%-i (2 284,6 mln. dollar) isə maliyyə kreditləri şəklində daxil olub. Ötən ilin analoji dövrünə nisbətən iqtisadiyyata birbaşa investisiyaların həcmi 6,4%, maliyə kreditlərinin həcmi isə 2,4 dəfə artıb.

Hesabat dövründə ölkənin qeyri-neft sektoruna 306,7 mln. dollarlıq birbaşa xarici investisiyalar yönəldilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 32% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR