Bank Of Baku

«Western Union» pul köçürmələrini manatla ödəməyə başlayıb

«Western Union» pul köçürmələrini manatla ödəməyə başlayıb
# 19 noyabr 2010 08:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya ödəniş xidmətləri sahəsində liderlərdən biri olan «Western Union» şirkəti beynəlxalq pul köçürmələrini Azərbaycan ərazisində milli valyuta ilə ödəməyə başlayıb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni xidmət sayəsində müştərilər xaricdən aldıqları valyutanın dəyişdirilməsi üçün sərf olunan vaxta qənaət edə biləcəklər.

«Yeni xidmət bizim müştərilərin istəklərini nəzərə alınmaqla hazırlanıb və beynəlxalq pul köçürmələri üçün maksimum rahat şəraitin yaradılmasına yönəlib. Bu gün «Western Union» vasitəsilə edilən köçürmə həm ABŞ dolları, həm də manat formasında ödənilə bilər ki, bu da bizim Azərbaycandakı müştərilərimiz üçün əlavə rahatlıqdır», - deyə «Western Union»un Şərqi Avropa və MDB ölkələrindəki regional vitse-prezidenti Conatan Knaus qeyd edib.

«Western Union» müştərilərə pul köçürmələrini bank hesabı açmadan sürətli, təhlükəsiz və rahat şəkildə həyata keçirməyi təklif edir və nağd pulları bir neçə dəqiqə ərzində almaq imkanı verir. Sistemin üstünlüklərindən biri də köçürmənin konkret bir ödəmə məntəqəsinə bağlı olmamasındadır (ölkə ərazisində istənilən məntəqədə almaq olar). «Orlandi Valuta» və «Vigo» adlı pul köçürmələri sistemləri ilə yanaşı «Western Union» həm də dünyada ən böyük pulköçürmə şəbəkələrindən birinə sahibdir. «Western Union» şəbəkəsi 200-dən çox ölkədə 435 mindən çox xidmət məntəqəsini birləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR