Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin profisiti son bir ildə 14% azalıb

Azərbaycan dövlət büdcəsinin profisiti son bir ildə 14% azalıb
# 19 noyabr 2010 08:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə 7,5 mlrd. manat məbləğində vəsait daxil olub, büdcədən isə 6,8 mlrd. manat vəsait xərclənib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə büdcə gəlirləri 4,2%, xərcləri isə 4,6% artıb. Büdcənin icrasında yaranmış 667,9 mln. manatlıq profisit ÜDM-də 2,3% təşkil edib. Ötən ilin ilk doqquz ayı ilə müqayisədə profisitin həcmi 14,2% azalıb.

Hesabat dövründə büdcə xərclərinin 38,5%-i və ya 2,6 mlrd. manatı iqtisadiyyatın inkişafına, 11,3%-i və ya 772,8 mln. manatı təhsilə, 13,3%-i və ya 912,2 mln. manatı sosial müdafiə və sosial təminata yönəldilib.

Qeyd edək ki, 2010-cu il üçün dövlət büdcəsinin gəlirləri 10,015 mlrd. manat, xərcləri isə 11,264 mlrd. manat səviyyəsində təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR