Bank Of Baku

Azərbaycan fond bazarında əksər göstəricilər üzrə mənfi dinamika müşahidə olunur

Azərbaycan fond bazarında əksər göstəricilər üzrə mənfi dinamika müşahidə olunur
# 19 noyabr 2010 09:03 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə qiymətli kağızlar bazarında ümumi emissiyanın 42,4%-ni səhmlər, 45,9%-ni dövlət istiqrazları, 9,3%-ni Azərbaycan Mərkəzi Bankının (AMB) notları, 2,1%-ni korporativ istiqrazlar, 0,3%-ni isə veksellər təşkil edib.

Bu dövr ərzində 173,4 mln. manatlıq dövlət istiqrazları, 159,4 mln. manatlıq AMB notları, 114,3 mln. manatlıq səhmlər və 76,1 mln. manatlıq korporativ istiqrazlar Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilib.

Cari ilin yanvar-sentyabr aylarında nominal dəyəri 22,8 mln. manat olan səhm, 82,3 mln. manatlıq dövlət istiqrazı və 125,7 mln. manatlıq korporativ istiqrazlar tədavüldə olub.

Hesabat dövrü ərzində 1,015 mlrd. manatlıq dövlət istiqrazları, 205 mln. manatlıq AMB notları, 47,6 mln. manatlıq korporativ istiqrazlar, 937,8 mln. manatlıq səhmlər, 6,9 mln. manatlıq veksellər və 1 870 ədəd ipoteka kağızlarının buraxılışı qeydiyyata alınıb. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə AMB notlarının emissiyası 60,9%, korporativ istiqrazların emissiyası 29,4%, səhm buraxılışı 0,1%, veksel buraxılışı isə 37,5 dəfə azalıb. Hesabat dövründə səhm emissiyası 10%, ipoteka kağızlarının sayı isə 8,4 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR