Bank Of Baku

Azərbaycan İraqda keçiriləcək beynəlxalq mikromaliyyə konfransında iştirak edəcək

Azərbaycan İraqda keçiriləcək beynəlxalq mikromaliyyə konfransında iştirak edəcək
# 19 noyabr 2010 10:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) noyabrın 29-dan dekabrın 1-dək Ərbildə (İraq) keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

AMA-nın icraçı direktoru Jalə Hacıyevanın «APA-Economics»ə verdiyi məlumata görə, konfransın keçirilməsində əsas məqsəd İraq Mikromaliyyə Assosiasiyasının formalaşdırılması ilə bağlıdır.

Qeyd edək ki, İraq Mikromaliyyə Assosiasiyası bu ilin sentyabr ayında yaradılıb və bununla bağlı Ərbil şəhərində rəsmi mərasim keçiriləcək. Mərasimdə AMA-nın icraçı direktoru, Polşa Mikromaliyyə Assosiasiyası Müşahidə Şurasının sədri J.Hacıyeva «Mikromaliyyə sektorunun inkişafında assosiasiyaların rolu» mövzusunda geniş məruzə ilə çıxış edəcək.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR