Bank Of Baku

Azərbaycanda yanvar-oktyabr aylarında 130 mln. manatdan çox sığorta haqqı toplanıb

Azərbaycanda yanvar-oktyabr aylarında 130 mln. manatdan çox sığorta haqqı toplanıb
# 19 noyabr 2010 10:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 130,301 mln. manat təşkil edib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətlər tərəfindən ümumilikdə 41,275 mln. manat həcmində sığorta ödənişləri həyata keçirilib.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 1,128 mln. manat, qeyri-həyat sığortası üzrə 101,727 mln. manat, icbari sığorta növləri üzrə isə 27,446 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə 278,042 min manat, qeyri-həyat sığortası üzrə 33,948 mln. manat, icbari sığorta növləri üzrə isə 7,049 mln. manat həcmində ödəniş aparılıb.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (28,855 mln. manat), «Tibbi sığorta» (19,722 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (19,132 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (13,426 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 22,1%, 15,1%, 15% və 10,3% təşkil edib.

Ödənişlər arasında isə ən çox vəsait «Tibbi sığorta» (13,990 mln. manat və ya 34%), «Avtonəqliyyat vasitələrinin sığortası» (12,135 mln. manat və ya 29%) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (5,583 mln. manat və ya 14%) növləri üzrə ödənilib.

Qeyd edək ki, hazırda Azərbaycanda 27 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR