Bank Of Baku

«Parabank» Gəncədə yarmarka keçirəcək

«Parabank» Gəncədə yarmarka keçirəcək
# 19 noyabr 2010 13:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC noyabrın 20-21-də Gəncə şəhərində yeni bank məhsulları və xidmətləri haqqında əhalini məlumatlandırmaq məqsədi ilə yarmarka keçirəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumat görə, yarmarkada «Parabank»ın mütəxəssisləri əhalini maraqlandıran sualları cavablandıracaqlar. Bankdan bildirilib ki, noyabrın 22-də isə «Parabank» Gəncənin «Ramada» mehmanxanasında sahibkarlarla görüş keçirməyi planlaşdırır.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 107,689 mln. manat, depozit portfeli 61,394 mln. manat, kredit portfeli 73,353 mln. manat, məcmu kapitalı 14,008 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,570 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 16 filialı, 17 bankomatı və 140 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR