Bank Of Baku

Azərbaycanın bank-kredit təşkilatları tərəfindən ayrılan kreditlərin həcmi son bir ildə 15% artıb

Azərbaycanın bank-kredit təşkilatları tərəfindən ayrılan kreditlərin həcmi son bir ildə 15% artıb
# 22 noyabr 2010 07:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il oktyabr ayının 1-i vəziyyətinə Azərbaycanın bank-kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə verilmiş kreditlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,9% və ya 1,2 mlrd. manat artaraq 8 936,6 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 44%-i dövlət, 54%-i özəl banklar, 2%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib.

Verilmiş kreditlərin 72,2%-ni uzunmüddətli kreditlər təşkil edib, 5%-nin isə ödənilmə vaxtı keçib.

Hesabat dövründə ötən ilin analoji dövrü ilə müqayisədə uzunmüddətli kreditlərin həcmi 14,7% artaraq 6 450,1mln. manat, qısamüddətli kreditlərin həcmi 15,2% artaraq 2 486,5 mln. manat, ödənilmə vaxtı keçmiş kreditlərin həcmi isə 45% artaraq 448,5 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR