Bank Of Baku

«Qafqaz Leasing» bu gün əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Qafqaz Leasing» bu gün əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 22 noyabr 2010 07:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış «Qafqaz Leasing» ASC-nin əlavə səhm emissiyasının yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 408 ədəd, emissiyanın ümumi həcmi isə 408 min manat təşkil edir. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «BoB Broker» çıxış edir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 16,8% artaraq 2,828 mln. manata çatacaq.

Xatırladaq ki, «Qafqaz Leasing» şirkəti 2007-ci ilin oktyabr ayından fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 2,420 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR