Bank Of Baku

Azərbaycan əhalisinin adambaşına gəlirləri son bir ildə 10% artıb

Azərbaycan əhalisinin adambaşına gəlirləri son bir ildə 10% artıb
# 22 noyabr 2010 10:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin adambaşına düşən gəlirləri 2 273,9 manat təşkil edərək keçən dövrə nisbətən 10,4% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,7% artaraq 20,3 mlrd. manat olub.

Gəlirlərin 70%-i son istehlaka, 9%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 19,3%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 18,5 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 12,5% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR