Bank Of Baku

«DəmirBank» əhalidən cəlb etdiyi əmanətlərin həcmini 27% artırıb

«DəmirBank» əhalidən cəlb etdiyi əmanətlərin həcmini 27% artırıb
# 22 noyabr 2010 11:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin aktivlərinin həcmi cari il noyabr ayının 1-nə 289,1 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12,8% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə müştərilərə verilən kreditlərin həcmi 22,3% artaraq 229,6 mln. manata, depozitlərin həcmi 98 mln. manata, o cümlədən əhalinin əmanətlərinin həcmi isə 27% artaraq 80,9 mln. manata çatıb.
Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 48,6 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR