Bank Of Baku

APA İnformasiya Agentliyinin müxbiri «Qarant Sığorta» şirkətinin keçirdiyi darts turnirinin qalibi olub

APA İnformasiya Agentliyinin müxbiri «Qarant Sığorta» şirkətinin keçirdiyi darts turnirinin qalibi olub
# 22 noyabr 2010 13:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkəti noyabrın 21-də müştərilər və KİV nümayəndələri arasında darts turniri keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yarışa qatılan 32 iştirakçı beş mərhələli oyun nümayiş etdiriblər. Nəticədə, birinci yerin qalibi APA İnformasiya Agentliyinin müxbiri Nicat Mustafayevə «Qarant Sığorta» şirkətinin istənilən sığorta məhsulundan istifadə etmək məqsədi ilə 500 manat dəyərində sığorta kuponu təqdim olunub.

İkinci və üçüncü yerin qaliblərinə isə müvafiq olaraq 300 və 200 manatlıq sığorta kuponları təqdim olunub.

Bundan başqa, tədbirdə iştirak edən bütün qonaqlara «Qaran Sığorta» şirkətinin məhsullarına 50% endirim imkanı verən xüsusi endirim kartları paylanılıb.

Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd şirkət və müştərilər arasında illər ərzində formalaşan münasibətlərin daha sıx olması və bu hədəf qruplarının istəklərinin daha düzgün reallaşdırılmasına nail olmaq idi.

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR