Bank Of Baku

«Bank of Azerbaijan» Şəki və Balakəndə filial və şöbənin açılması ilə bağlı vakansiya elan edib

«Bank of Azerbaijan» Şəki və Balakəndə filial və şöbənin açılması ilə bağlı vakansiya elan edib
# 22 noyabr 2010 15:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Bank of Azerbaijan» ASC Şəki və Balakəndə filial və şöbənin açılması ilə əlaqədar vakansiyalar üzrə işçi qəbulu elan edib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, vakansiyalarda filial və şöbəyə direktor, kredit işi üzrə mütəxəssis, pərakəndə və korporativ müştərilərə xidmət üzrə mütəxəssis və xəzinədar-əməlliyatçı vəzifələri qeyd olunub.
CV-lər 2011-ci ilin yanvar ayının 15-dək qəbul olunacaq və təklif olunan vəzifəyə namizədliyini irəli sürmək üçün http://www.bank.az/AboutOnlineCV.aspx saytında yerləşdirilmiş işə müraciət ərizəsi formasında göstərilən sualları cavablandırıb banka göndərmək lazımdır. Tələblərə cavab verən namizədlər müsabiqəyə dəvət olunacaq.
Xatırladaq ki, səhmdarları «NEM Holding» (1%) və iki fiziki şəxs (99%) olan «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 166,482 mln. manat, depozit portfeli 71,307 mln. manat, kredit portfeli 130,074 mln. manat, məcmu kapitalı 25,378 mln. manat, o cümlədən nizamnamə kapitalı 23,5 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 12 filialı, 28 bankomatı və 162 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR