Bank Of Baku

İslam İnkişaf Bankının Azərbaycana sərmayələri sabit səviyyədə qalıb

İslam İnkişaf Bankının Azərbaycana sərmayələri sabit səviyyədə qalıb
# 23 noyabr 2010 07:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində İslam İnkişaf Bankı (IDB) tərəfindən Azərbaycanın əsas kapitala yönəldilmiş investisiyaların həcmi 3 038,6 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, IDB tərəfindən yatırılan investisiyanın həcmi ötən ilin müvafiq aylarına nisbətən 1,4% çoxalıb. Hesabat ayında xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyaların strukturunda IDB-nin xüsusi çəkisi 0,2% təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür. Bu müddət ərzində Bank Azərbaycanda 12 layihənin icrası üçün 423 mln. ABŞ dollarından artıq vəsait ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR