Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyasına daha bir təşkilat üzv olub

Azərbaycan Kredit İttifaqları Assosiasiyasına daha bir təşkilat üzv olub
# 23 noyabr 2010 08:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) İdarə Heyətinin növbəti iclasında daha bir kredit ittifaqı təşkilata üzv olub. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, iclasda İdarə Heyətinin qərarı ilə «Ceyhun» (Beyləqan) kredit ittifaqının quruma üzvlüyü təsdiqlənib. Bununla da AKİA-ya üzv olan kredit ittifaqlarının ümumi sayı 68-ə çatıb.

E.Bağırov bildirib ki, iclasda «Qarabağ 2010» (Ağcabədi) kredit ittifaqının da üzvlüyü təsdiqlənməli idi, lakin həmin ittifaq sənədlərini tam təqdim etmədiyi üçün bu məsələnin baxılması növbəti aya keçirilib. AKİA-nın növbəti iclası dekabrın 22-də keçiriləcək.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 79 kredit ittifaqından 68-i qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR