Bank Of Baku

«Bank Respublika» xaricdən daha iki kredit cəlb edib

«Bank Respublika» xaricdən daha iki kredit cəlb edib
# 23 noyabr 2010 10:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC ticarətin maliyyələşdirilməsi üçün Türkiyənin «Bank Asya» və «Aktif Bank»ından kredit xətləri cəlb edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, aparılan danışıqlar nəticəsində Türkiyə banklarının hər biri «Bank Respublika»ya 2 mln. avro həcmində kredit xətti açıb.

Qeyd edək ki, müxtəlif ticarətin maliyyələşdirilməsi proqramlarının fəal iştirakçısı olmaqla «Bank Respublika» Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən «Azərbaycanda ticarətin maliyyələşdirilməsi üzrə ən fəal bank» mükafatını alıb. Ötən ilin yekunlarına görə, bankın Yaponiya, Almaniya, İsveçrə, İtaliya və digər ölkələrlə ticarətin maliyyələşdirilməsi üzrə apardığı əməliyyatların ümumi həcmi 20 mln. ABŞ dollarını ötüb.

Xatırladaq ki, «Bank Respublika» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında «25%+1 səhm» paketi Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkətinə məxsusdur. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 279,067 mln. manat, depozit portfeli 122,038 mln. manat, kredit portfeli 167,229 mln. manat, məcmu kapitalı 51,948 mln. manat, o cümlədən nizamnamə kapitalı 37,459 mln. manat təşkil edib. Bankın hazırda 33 filialı, 44 bankomatı və 259 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR