Bank Of Baku

Salonikdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində biznes-forum keçiriləcək

Salonikdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində biznes-forum keçiriləcək
# 23 noyabr 2010 12:16 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Bu il noyabrın 26-da Salonikdə (Yunanıstan) Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası çərçivəsində biznes-forum keçiriləcək.

APA-Economics”in xəbərinə görə, biznes-forum QDİƏT-ə Yunanıstanın sədrliyi çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclasına həsr olunub.

Yunanıstan Sahə və Müəssisələr Federasiyası, Şimali Yunanıstan Sənayeçilər Federasiyası və Qara dəniz İnkişaf və Əməkdaşlıq Bankı tərəfindən təşkil olunan biznes-forumda QDİƏT-ə üzv ölkələrdən 80 biznesmen, özəl sektor rəhbəri və yerli şirkətlərin 70 təmsilçisi iştirak edəcək. Forumun əsas mövzusu energetika, tikinti və maliyyə-kredit sahəsində fəaliyyət olacaq.

Xarici İşlər Nazirləri Şurasının iclasında 2011-ci ilin I yarısı üçün sədrlik Rumıniyaya keçəcək. Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR