Bank Of Baku

AYİB-in «DəmirBank»ın kapitalına daxil olmasının 5 ili tamam olub

AYİB-in «DəmirBank»ın kapitalına daxil olmasının 5 ili tamam olub
# 23 noyabr 2010 12:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün «DəmirBank» ASC-nin kapitalında iştirak barədə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə müqavilənin imzalanmasının 5 ili tamam olur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, AYİB bu müqaviləyə əsasən, «DəmirBank»ın (əvvəlki «Azərdəmiryolbank») kapitalında «25%+1 səhm» paketi almaqla səhmdarlardan biri olub.

Bankın İdarə Heyətinin sədri Roman Əmircanovun sözlərinə görə, AYİB-in «DəmirBank»ın səhmdarları sırasına daxil olması bankın dinamik inkişafının və 1997-ci ildən başlayaraq müxtəlif proqramlar üzrə AYİB-lə uğurlu əməkdaşlığının nəticəsi olub: «Bu müqavilə beynəlxalq maliyyə təşkilatlarının «DəmirBank»a marığını və etibarını əks etdirib və bankın tarixində ən əlamətdar hadisələrdən biri olaraq bu günədək inkişafımızın mühüm amilləri sırasındadır».

AYİB-in «DəmirBank»ın kapitalına daxil olmasından sonra Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) ilə də «DəmirBank»ın kapitalında 10% səhm paketi ilə iştirak barədə (2007-ci il) müqavilə imzalanıb. Bu iki böyük beynəlxalq maliyyə təşkilatı «DəmirBank»ın Müşahidə Şurasında da təmsil olunur, bu isə onların bankın inkişafı və idarə edilməsi ilə bağlı strateji məsələlərdə iştirakı deməkdir.

Qeyd edək ki, «DəmirBank» həmçinin AYİB-lə kredit və beynəlxalq ticarətin maliyyələşdirilməsi proqramları üzrə 1999-cu ildən geniş əməkdaşlıq edir. «DəmirBank» AYİB-lə bu sahədə əməkdaşlığa başlayan və bu beynəlxalq təşkilatdan maliyyə resursları cəlb edən Azərbaycanda ilk banklardan olub. Hazırda AYİB-in «DəmirBank» üçün ayırdığı kredit xətlərinin ümumi həcmi 47 mln. ABŞ dolları həcmindədir.

Xatırladaq ki, «DəmirBank» ASC 1989-cu ildə fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR