Bank Of Baku

Səfir: “İtaliya Azərbaycanla ticarət münasibətlərinin diversifikasiyasında maraqlıdır”

Səfir: “İtaliya Azərbaycanla ticarət münasibətlərinin diversifikasiyasında maraqlıdır”
# 23 noyabr 2010 23:01 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. İtaliya Azərbaycanla ticarət münasibətlərinin diversifikasiyasında maraqlıdır. “APA-Economics”in xəbərinə görə, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin 90%-ni enerji resursları - qaz və neft təşkil edir: “İtaliya Azərbaycanla maşınqayırma, kənd təsərrüfatı, manufaktura kimi sahələrdə əməkdaşlıq etmək və münasibətləri inkişaf etdirmək istəyir”.

Səfir ölkələrin energetika sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirsə də, Azərbaycanla İtaliya arasında enerji resurslarını nəql etmək üçün kəmərin olmamasını və əməliyyatların Türkiyə vasitəsilə həyata keçirildiyini təəssüflə qeyd edib. Bu mənada o, İTGİ layihəsinin reallaşmasının vacibliyini vurğulayıb.

M.Baldi Azərbaycanla İtaliya arasında ikitərəfli əlaqələrin səviyyəsindən razı olduğunu söyləyib: “Mən çox şadam ki, azərbaycanlılar da italyanlar kimi dəbi sevirlər. Bakıda İtaliya istehsalı olan geyimlərin satıldığı çoxlu dükan var. İtalyanlar azərbaycanlılardan çox da fərqlənmirlər, biz bir-birimizi yaxşı başa düşürük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR