Bank Of Baku

«Kredobank» nizamnamə kapitalını artırır

«Kredobank» nizamnamə kapitalını artırır
# 24 noyabr 2010 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Kredobank» ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb. Emissiyanın Bakı Fond Birjası (BFB) vasitəsilə açıq hərraclar yolu ilə yerləşdirilməsi planlaşdırılır.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, buraxılan səhmlərin ümumi sayı 250 ədəd, hər birinin nominal dəyəri 10 min manat, emissiyanın ümumi həcmi isə 2,5 mln. manat təşkil edir. Emissiyanın yerləşdirilməsi prosesində anderrayter rolunda «Chelsea Capital» MMC çıxış edir.

Birja mütəxəssislərinin fikrincə, emitentin artıq yaxın vaxtlarda bu əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 19,2% artaraq 15,540 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «Kredobank» ASC 1994-cü ildə yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivləri 86,145 mln. manat, depozit portfeli 15,550 mln. manat, o cümlədən əhalinin əmanətləri 9,094 mln. manat, kredit portfeli 63,212 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 8,613 mln. manat, məcmu kapitalı 15,962 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,040 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR