Bank Of Baku

AGBI indeksi 0,9440, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0255 təşkil edib

AGBI indeksi 0,9440, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0255 təşkil edib
# 24 noyabr 2010 07:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0561 bənd və ya 5,6% azalaraq noyabr ayının 24-nə 0,9440 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0254 bənd və ya 2,5% artaraq 1,0255-ə bərabər olub.

AGBI indeksinin azalması noyabrın 23-də 11,5 mln. manat həcmində dövlət istiqrazları buraxılışının dövriyyədən çıxarılması nəticəsində bazar kapitallaşmasının azalması səbəbindən baş verib.

AMFBI indeksinin artması isə noyabrın 23-də ipoteka istiqrazlarının daha 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi nəticəsində dövriyyədə olan istiqrazların ümumi həcminin 65 mln. manata çatması səbəbindən baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR